Rusiya ordusunda cinayətlər artır
Bu ilin əvvəlindən rus ordusunda 500 zorakı cinayət baş verib ki, bu da ötən ilin eyni dövründəki hadisələrdən 16% çox olub. Lent.az-ın məlumatına görə, belə bir statistika ilə Rusiyanın baş hərbi prokuroru Sergey Fridinski çıxış edib.
Hərbi prokurorun sözlərinə görə, hadisələr nəticəsində 20-dən artıq hərbi qulluqçu ağır dərəcəli bədən xəsarətləri alaraq şikəst olub, iki nəfər isə dünyasını dəyişib. Prokuror hadisələrin artmasının səbəbini də izah edib: “Çağırışçıların mənəvi-psixoloji hazırlıqsızlığı və komandanlığın məsuliyyətsizliyi”. S. Fridinski onu da əlavə edib ki, nizamnamə qaydalarının pozulmasının əksəriyyəti də məhz çağırış yolu ilə orduya gəlmiş əsgərlər arasında baş verir.
Rəşad

625