İsveç Liviya əməliyyatında “Gripen” təyyarələrini reklam edəcək
26 mart 2011 17:14 (UTC +04:00)

İsveç Liviya əməliyyatında “Gripen” təyyarələrini reklam edəcək

0
Lent.az-ın məlumatına görə, NATO baş katibi Anders Foqh Rasmussen ilə görüşən İsveçin xarici işlər naziri Karl Bildt hazırda bununla bağlı alyansdan tələb gözlədiklərini açıqlayıb.

SAAB şirkətinin istehsal etdiyi “Gripen”i dünyada tanıtmaq üçün Liviya əməliyyatını “fürsət” olaraq gördüklərini deyən nazir müvafiq qərarın martın 29-da Londonda keçiriləcək toplantıda veriləcəyini vurğulayıb.

Qeyd edək ki, 1947-ci ildən döyüş təyyarələrini istehsal edən İsveç sonuncu dəfə J29 tipli təyyarəsini Konqoda hərbi əməliyyatlara göndərib. O gündən bu günə İsveç heç bir hava əməliyyatına qatılmayıb.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 678

Oxşar yazılar