Yaponiyada dənizdə radiasiya normadan 1250 dəfə artıqdır
Yaponiyanın zəlzələ və sunami nəticəsində qəza baş verən “Fukusima-1” AES-i yaxınlığında dəhşətli radiasiya fonu yaranıb. Lent.az-ın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, AES yaxınlığında dənizdə radiasiyanın miqdarı icazə verilən normanı 1250 dəfə keçib.
Sonuncu yoxlamalar göstərib ki, havadakı radioaktiv maddələrin miqdarı insan üçün zərərsiz olan normanı 1600 dəfə keçib. “Fukusima”dakı qəzanı aradan qaldıran insanlar isə normadan 10000 dəfə artıq şüalanmaya məruz qalıblar.
Yaponiyanın baş naziri Naoto Kan etiraf edib ki, AES-dəki vəziyyət çox acınacaqlıdır və nəyisə proqnozlaşdırmaq mümkün deyil. O, qadağan zonasının 20 kilometrdən 30 kilometrə kimi genişləndirildiyini də təsdiq edib.

556