Əsəd geri çəkilir
Suriyada prezident Bəşər Əsəd və mövcud rejimə qarşı mübarizənin mərkəzinə çevrilən Dera şəhərində aksiyaları yatırmaq üçün daha sərt tədbirlərə əl atılır.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, dünən Əl Öməri məscidinə basqın zamanı həyatını itirən 9 nəfərin dəfninə 20 min insan qatılıb və onlar öldürülən insanların qanının yerdə qalmayacağını bildirib, hökumət əleyhinə şüarlar səsləndirib.
Fransanın xarici işlər naziri Alain Juppe isə Suriya, eyni zamanda Səudiyyə Ərəbistanının liderlərinə xəbərdarlıq edib: “Liviyada davam edən əməliyyatların Suriya və Səudiyyə Ərəbistanı da aralarında olmaqla, başqa ölkələrin də diktatorları üçün bir xəbərdarlıq anlamına gəlməsinə ümid edirik. Ərəb ölkələrində dəyişim havası geri döndürülə bilinməyəcək. Bu xalqların gözləntilərinə cavab verilməlidir. Suriya hakimiyyəti də demokratik dəyişikliyə və dialoqa açıq olmalıdır”.
İngiltərə xarici işlər naziri Uilliam Hague də Suriya hakimiyyətini vətəndaşların dinc aksiyalarına hörmətlə yanaşmağa çağırıb.
Bu baş verənlər fonunda isə Suriya prezidenti Bəşər Əsəd sözçüsü vasitəsi ilə demokratik islahat tələblərini qəbul etdiklərini açıqlayıb. Əsədin sözçüsü keçirilən mətbuat konfransında deyib ki, ölkədə 48 il davam edən fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq, seçki və siyasi partiyalar haqqında qanun dəyişdiriləcək, mətbuat azad olacaq, maaşlar və həyat səviyyəsi yüksəldiləcək.
Bəşər Əsədin bu addımı ümid verdiyi bir vaxtda isə informasiya agentlikləri Suriyada islahat hərəkatına liderlik edən Mazen Dervişin saxlanıldığı barədə xəbər yayıb.

498