Türkiyədə həyəcan siqnalı çalınır
Yaponiyanın “Fukushima-1” Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar İsveçə çatıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İsveçin paytaxtı Stokholm, eyni zamanda ölkənin şimalında yerləşən Kurina və Umeo şəhərlərində ölçmələr zamanı radiasiyanın səviyyəsinin artdığı üzə çıxıb.
Ancaq bu şəhərlərdə radiasiya səviyyəsinin insan sağlamlığına zərər verəcək dərəcədə olmadığı da açıqlanıb. Radiasiya buludlarının Fransa üzərindən İtaliyaya gələcəyi barədə məlumat alan italyanlar artıq ionlu həblər almağa başlayıblar.
Nüvə professoru Hayrettin Kılıç isə radioaktiv buludların Avropa qitəsinə çatması ilə birlikdə Türkiyənin də risk altına düşdüyünü söyləyib. O deyib ki, bu buludlar Balkanlar və Aralıq dənizi üzərindən hava axınları ilə Türkiyəyə gələ bilər: “Bu durumda müvafiq qurumlar davamlı olaraq radiasiya səviyyəsini ölçərək, xalqa məlumat verməlidirlər. Belə halda çox şey etmək olmur. Sadəcə, uşaqlar çox açıq havaya çıxarılmamalı, tarlalardakı yeni məhsullardan bir az uzaq durulmalıdır”.
Professor radioaktiv buludların bütün şimal yarımkürəsini öz təsiri altına alacağını iddia edib: “Radiasiya səviyyəsi aşağı olsa da, bunun yağış və hava axınları ilə aradan qaldırılması mümkünsüzdür. Dünya öz oxu ətrafında fırlanır və hava hərəkəti var. Radioaktiv buludlar da hava axını ilə hər yerə dağılır. Radioaktiv buludların olduğu bölgələrdə yağış yağacağı halda heyvanlar və bitkilər bundan böyük dərəcədə zərər görəcək”.

614