“Fukushima-1” AES-də bir korpus zədələnib
Lent.az-ın EFE agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Yaponiya Nüvə Təhlükəsizliyi Xidməti bəyan edib. Yaponiyalı mütəxəssislər keçirdikləri mətbuat konfransında deyiblər ki, üçüncü reaktorun sahəsində suda radiasiya səviyyəsinin artması qeydə alınıb. Onların sözlərinə görə, çirklənmiş suyun reaktorun aktiv zonasından axması, yaxud radiasiya səviyyəsinin üçüncü reaktorun zədələnmiş ehtiyat su anbarı ilə əlaqəli olması mümkündür.
Bu gün AES işçiləri ikinci və üçüncü reaktorların soyutma sisteminin, eyni zamanda dördüncü enerji blokunun bərpası istiqamətində işlərini davam etdirəcəklər.
Bu gün AES işçiləri ikinci və üçüncü reaktorların soyutma sisteminin, eyni zamanda dördüncü enerji blokunun bərpası istiqamətində işlərini davam etdirəcəklər.
554