Misir İsrailin Qəzzaya hücumuna dözməyəcək
24 mart 2011 16:02 (UTC +04:00)

Misir İsrailin Qəzzaya hücumuna dözməyəcək

Qüdsdə sərnişin avtobusunda baş verən terror aktından sonra Misirin yeni xarici işlər naziri Nabil əl-Ərəbi İsrailə xəbərdarlıq edib.


Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Nabil əl-Ərəbi deyib ki, İsrail Qüdsdə baş verən partlayışdan Qəzza sektorunda geniş miqyaslı hərbi əməliyyatlara başlamaq üçün bir bəhanə kimi istifadə etməməlidir.


Misir xarici işlər naziri İsraili təmkinli daranmağa çağırıb. Onun sözlərinə görə, İsrailin Qəzza sektoruna hücumu yalnız yeni gərginliyə və yeni qurbanlara gətirib çıxara bilər: “Baş verən hadisə İsrail üçün zorakılıq törətməyə bəhanə olmamalıdır. Misir mülki şəxslərə hücumu yolverilməz sayır və bu məsələdə mövqeyi birmənalı, aydındır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar