Yaponiyada fəlakətdən sonra ilk böyük oğurluq
23 mart 2011 18:47 (UTC +04:00)

Yaponiyada fəlakətdən sonra ilk böyük oğurluq

Naməlum şəxslər Yaponiyanın dağıdıcı zəlzələ və sunamidən ən çox zərər çəkmiş Miyaqi əyalətinin Kesennum şəhərində Sinkin Bankının şöbəsindən oğurluq ediblər. Lent.az-ın NHK telekanalına istinadən verdiyi məlumata görə, bank şöbəsinin anbarından 493 min dollar oğurlanıb.

Qeyd edək ki, fəlakətdən sonra dünya ictimaiyyəti yaponların yüksək təşkilatçılığına, eyni zamanda hər hansı oğurluq hadisəsinin baş verməməsinə heyran olub. İlk oğurluq hadisəsinin baş verdiyi bank şöbəsi sahildən 600 metr kənarda yerləşir və sunami qarşısında ilk maneələrdən biri olub. Nəhəng su dalğasının zərbəsindən binanın şüşələri və bir neçə divarı uçub.

Bank şöbəsinin əməkdaşları öncə polisə bildiriblər ki, anbarda nağd pul kütləsi var və onun yerində olub-olmamasının yoxlanmasını xahiş ediblər. Baxış zamanı aydın olub ki, anbarın elektron kodlu qıfılı dalğaların zərbəsi nəticəsində sıradan çıxıb, anbarda olan pul isə sadəcə, itib.

Hazırda olayla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar