Almaniyanı birləşdirən qələm oğurlanıb
Lent.az-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, oğrular Helmut Kol hökuməti dövründə xarici işlər naziri postunu tutmuş Hans-Ditrix Qenşerin həyat yoldaşı Bararaya məxsus qiymətli zinət əşyaları ilə bərabər, 1990-cı ildə Moskvada Almaniyanın birləşməsi ilə bağlı razılaşmaya imza atılması zamanı istifadə edilən tarixi qələmi də oğurlayıblar.
Olay baş verən gün dostları Hans-Ditrix Qenşeri axşam yeməyinə dəvət ediblər. Cütlük Bonndakı evlərinə axşam saat 8:30 radələrində qayıdıb və evlərinin soyulduğunu görüb. Hans-Ditrix Qenşer hesab edir ki, oğrular peşəkar hərəkət ediblər. Oğrular linglə qonaq otağında pəncərənin zirehli şüşəsini sındırıblar. Bu zirehli şüşələr 84 yaşlı Hans-Ditrix Qenşer xarici işlər naziri olarkən quraşdırılıb. Qenşer ailəsi zirzəmidə içərisində gümüş əşyalar olan karton qutu aşkarlayıblar. Hans-Ditrix Qenşer deyib ki, oğrular hürküdüldükləri üçün qutunu götürə bilməyiblər.
Hans-Ditrix Qenşer ən çox təsir edən isə məşhur qələmin oğurlanmasıdır. Məhz bu qələmlə o, Almaniyanın birləşməsinə yol açan razılaşmaya imza atıb.

659