Fransa daxili işlər nazirindən şok açıqlama
23 mart 2011 14:02 (UTC +04:00)

Fransa daxili işlər nazirindən şok açıqlama

Fransa daxili işlər naziri Klaude Gueant Liviyaya hücumla bağlı şok açıqlama verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Klaude Gueant bu ölkəyə hücumu xaç yürüşü adlandırıb.


Qeyd edək ki, bundan əvvəl Liviya prezidenti Müəmmər Qəddafi və Rusiyanın baş naziri Vladimir Putin Liviyaya hücumu xaç yürüşünə bənzətmişdilər. Klaude Gueant da deyib ki, prezident Nikolya Sarkozi xaç yürüşünə liderlik edərək əvvəlcə BMT-ni, ardınca isə Ərəb Birliyini və Afrika Birliyini hərəkətə keçirib.


Bu arada Fransanın xarici işlər naziri Alain Juppe Liviyanı bombalayan müttəfiqlərə hərbi əməliyyatın Siyasi Məsləhətləşmə Mərkəzinin qurulması təklif etdiklərini bildirib. O, BMT-nin qərarını əsas götürdüklərini və Liviyadakı əməliyyatların bir NATO əməliyyatı olmadığını da dilə gətirib. O iddia edib ki, Müəmmər Qəddafi BMT-nin qərarlarına əməl edərsə, əməliyyatlar dayandırıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar