Suriya da silkələnir
23 mart 2011 13:17 (UTC +04:00)

Suriya da silkələnir

Bu gün Suriyada 6 gündür ki, aksiyaların davam etdiyi Daraa şəhərindəki məsciddə partlayış baş verib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, ölənlər arasında məscidə yaralılara kömək etməyə gələn həkim də var.

Beləliklə, son günlər Suriyada ölənlərin sayı 10 nəfərə çatıb.

Xatırladaq ki, Daraa şəhərində hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları martın 21-də dövlət hakimiyyətinin əsas simvollarından sayılan keçmiş prezident, hazırkı prezident Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini dağıdıblar. Aksiyaçılar şəhərdə qubernatorun iqamətgahını, hakim partiyanın mənzil-qərargahını, məhkəmənin binasını yandırıblar.

Aksiyanı yatırmaq üçün şəhərə elitar tank qoşunlarının 4-cü diviziyası göndərilib. Martın 22-də hökumət qüvvələrin açdığı atəş nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Qeyri-rəsmi məlumatlara görə isə 20 nəfər ölüb. 300 nəfərdən çox insan yaralanıb.

Aksiyaçılar ölkədə siyasi islahatlar keçirilməsini, insan hüquqlarının qorunmasını, dinc əhaliyə qarşı zorakılığın dayandırılmasını tələb edirlər. Prezidentin xanımı Asma Əsəd də korrupsiyada günahlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar