“Fukusima-1” AES-dən qara tüstü yüksəldi!
23 mart 2011 12:33 (UTC +04:00)

“Fukusima-1” AES-dən qara tüstü yüksəldi!

Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) üçüncü reaktorunun sütunundan qara tüstü qalxmağa başlayıb. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə AES-in operatoru “Tokio Elektrik Pauer” şirkəti məlumat yayıb.

Şirkət qara tüstünün səbəblərini hələ ki, izah edə bilmir. “Fukusima-1” AES-in üçüncü reaktorundan yüksələn qara tüstü həftənin birinci günü baş verənləri xatırladır. AES-dən qalxan tüstünün həcmi azalsa da, onun rəngi tədricən bozarır. Ekspertlərə görə, bu, yanma prosesinin başlamasının nəticəsi ola bilər. Bununla belə, hələ ki, reaktorda radiasiyanın səviyyəsində və reaktor daxilində təzyiqdə dəyişiklik yoxdur.

“Tokio Elektrik Pauer” şirkəti isə hazırda bu reaktorda olan işçilərini evakuasiya etməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar