Yaponiya iqtisadiyyatına 312 milyard dollar ziyan dəyib
23 mart 2011 11:15 (UTC +04:00)

Yaponiya iqtisadiyyatına 312 milyard dollar ziyan dəyib

Yaponiyada martın 11-də baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 9 min 400 nəfəri keçib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya polisi rəsmi açıqlama yayıb.

14,7 min nəfər itkin düşüb. Polis ölənlərin sayının minimum 18 min nəfərə çatacağını bildirib.

Zəlzələ və sunaminin Yaponiya iqtisadiyyatına vurduğu ziyanın da həcmi açıqlanıb. Hökumət iqtisadiyyata 312 milyard dollar ziyan dəydiyini bildirir. Bura yalnız bina, yol və kommunikasiyalara dəyən birbaşa ziyan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar