Qəddafi yenə danışdı: “Sona qədər döyüşün”
Bu gecə Liviya prezidenti Müəmmər Qəddafi televiziya ilə xalqa müraciət edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi tərəfdarlarını sona qədər qiyamçılarla və beynəlxalq qüvvələrlə döyüşməyə çağırıb.
Liviya lideri son nəticədə düşmənləri üzərində qələbə çalacaqlarını da bildirib.
ABŞ dövlət katibi Hillari Klinton da açıqlama verib. O hesab edir ki, Müəmmər Qəddafi ölkədən qaçmağa hazırlaşır.
Bu gecə Liviyanın paytaxtı Tripoli isə ən azı 160 qanadlı raket zərbəsinə məruz qalıb. “Əl-Cəzirə” telekanalı isə Benqazidən 32 kilometr şərqdə yerləşən Derna şəhərində təhlükəsizlik qüvvələrinin qiyamçılar tərəfinə keçdiyi barədə məlumat yayıb.

463