Qəddafinin rezidensiyası vuruldu
21 mart 2011 12:58 (UTC +04:00)

Qəddafinin rezidensiyası vuruldu

Liviya lideri Müəmmər Qəddafinin paytaxt Tripolidə, Bab ül-Əziziyyədəki qərargahında, çadırının yaxınlığında yerləşən bir bina koalisiya qüvvələrinin aviasiyası tərəfindən vurulub.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Qərb dövlətlərinin Liviyada həyata keçirdikləri hava hücumu zamanı Qəddafinin rezidensiyasının yerləşdiyi ərazidə 3 mərtəbəli bir bina raketlə vurulub.

Vurulan binanın, Qəddafini çadırında ziyarət edən xüsusi qonaqlar üçün istifadə olunduğu bildirilir. Əməliyyat zamanı Qəddafinin harda olduğunun bilinmədiyi, ancaq həmin ətrafda onun 300 nəfərədək tərəfdarının olduğu deyilir.

Qəddafi rejiminin sözçüsü Musa İbrahim deyib ki, bina həqiqətən də rəhbəri ziyarət edən özəl qonaqlar üçün istifadə olunurmuş və bina tamamən məhv olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar