Qəddafi 1 milyon adama silah paylayır
20 mart 2011 20:38 (UTC +04:00)

Qəddafi 1 milyon adama silah paylayır

APA-nın məlumatına görə, Müvəqqəti Müdafiə Komitəsindən yaxın saatlarda 1 milyona yaxın kişi və qadının silahlandırılacağı bildirilib.

Silahlandırılmış vətəndaşlar xalq ordusuna, xalq qvardiyasına və inqilab qvardiyasına qəbul ediləcəklər.

Bu arada Liviya dövlət televiziyası koalisiya qüvvələrinin hücumu nəticəsində ölənlərin sayının 65-ə yüksəldiyi barədə məlumat yayıb. İnsanlar aldıqları yaralardan ölürlər. Ölənlərin əksəriyyəti qocalar, qadınlar və uşaqlardır.

Qeyd edək ki, Liviyaya qarşı hərbi əməliyyatlara martın 19-da bir neçə ölkə - o cümlədən Fransa, ABŞ, İtaliya, Kanada və Böyük Britaniya tərəfindən başlanılıb. Yaxın vaxtlarda İspaniya da onlara qoşulacaq. Bildirilir ki, Fransa Hərbi Hava Qüvvələri Kəddafi qüvvələrinin bir neçə zirehli texnikasını məhv edib, ABŞ və Britaniya isə Liviya Hava Hücumundan Müdafiə Qüvvələrinin 20-dək mövqeyinə “Tomoqavk” raketləri ilə zərbələr endirib. Koalisiyanın Hərbi Hava Qüvvələri Liviyanın Hava Hücumundan Müdafiə obyektlərinə ümumilikdə 110 qanadlı raket atıb.

Liviyanın rəsmi KİV-i koalisiya qüvvələrinin iri şəhərlərdə, o cümlədən Tripoli, Benqazi, Zuvaredə mülki obyektlərə və Misrati rayonundakı neft anbarlarına zərbələr endirib. Misratidəki neft anbarlarında yanğın başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar