Türkiyə İranın daha bir təyyarəsini zorla yerə endirdi
20 mart 2011 14:34 (UTC +04:00)

Türkiyə İranın daha bir təyyarəsini zorla yerə endirdi

Lent.az-ın “AFP”-yə istinadən məlumatına görə, təhlükəsizlik orqanları təyyarənin bortunda qadağan olunmuş malların, o cümlədən silah olub-olmadığını yoxlayacaqlar.

Qeyd edək ki, bir neçə gün öncə də analoji insident baş vermişdi . Martın 16-da İrandan Suriyaya uçan başqa bir nəqliyyat təyyarəsi yerə endirilmişdi. Həmin olay zamanı təyyarədə heç bir qadağan olunmuş yük tapılmamışdı.

ABŞ və İsrail xüsusi xidmət orqanları İranın Suriyanın tikmək istədiyi nüvə reaktoruna zəruri komponentlər göndərməsindən şübhələnir. Hələ 2007-ci ildə İsrail aviasiyası Suriyada guya həmin reaktorun tikilməli olduğu yeri bombalamışdı. Həmin vaxt MAQATE ekspertləri bombalanan yerdə uran izi tapsalar da, Suriya hökuməti bütün ittihamları rədd edir.

Bu günlərdə MAQATE rəhbəri Yukiya Amano bəyan etdi ki, Suriya faktiki olaraq, bu təşkilatla 2008-ci ilin iyunundan əməkdaşlığı dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar