Liviyadan ziddiyyətli xəbərlər gəlir
Liviya hökumətinin rəsmiləri təkzib etsələr də, Əl-Cəzirə telekanalı növbəti dəfə prezident Müəmmər Qəddafiyə sadiq qüvvələrin Benqaziyə bütün istiqamətlərdə hücuma keçdiyi barədə məlumat yayıb.
Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, ordu bölmələri Benqazi şəhərinə dəniz və cənub istiqamətindən hücuma keçib, minlərlə insan Misirlə sərhəddə yerləşən Tobruk şəhərinə qaçırlar.
Müəmmər Qəddafiyə sadiq qüvvələr Benqazinin şərq məhəllələrinə daxil olublar. Telekanal artıq şəhərin küçələrində döyüş getdiyini bildirib. Yerli Müdafiə Komitəsinin qərargahına da zərbə endirilib. Şahidlər qiyamçıların qurduğu Milli Şuranın yerləşdiyi binanın yaxınlığında partlayışlar baş verdiyini bildiriblər. Səhər saatlarında qiyamçıların şəhəri şərq istiqamətində qoruyan zenit raket batareyaları hava zərbəsi nəticəsində məhv edilib. Şahidlər Benqazinin cənub rayonları üzərində qiyamçıların bir qırıcı təyyarəni vurduğunu söyləyiblər. “Hürriyet” qəzeti həmin görüntünü yayıb.
Liviya hökuməti isə növbəti dəfə Müəmmər Qəddafiyə sadiq qüvvələrin Benqazi şəhərinə hücuma keçməsi ilə bağlı xəbərləri təkzib edib. Hökumət təmsilçisi Musa İbrahim deyib ki, hər şey əksinədir, qiyamçılar kənd və şəhərlərə keçir və bununla da xarici müdaxilənin reallaşmasına çalışırlar.

572