Avropalılar daha çox yaşayırlar
19 mart 2011 15:06 (UTC +04:00)

Avropalılar daha çox yaşayırlar

Avropalılar şişmanlıqdan əziyyət çəksələr də, daha çox yaşayırlar.

Lent.az-ın verdiyi məlumata görə, bununla bağlı aparılan araşdırmanın nəticələri “Journal of Epidemiology”də yayımlanıb.

Araşdırmanı aparan professor David Leon deyib ki, şişman avropalıların daha çox yaşamasının əsas səbəblərindən biri ürək xəstəlikləri ilə bağlı ölümlərin sayının azalmasıdır.

David Leon ürək xəstəlikləri ilə bağlı ölümlərdə ən böyük azalmanın İngiltərədə müşahidə olunduğunu qeyd edib: “Ürək xəstəlikləri ilə bağlı ölənlərin sayının azalması bu sahədəki müalicə metodlarında irəliləyişlər, o cümlədən siqaret və digər risk amillərində azalma meylləri ilə bağlıdır”.

Ancaq alimlər hələ də gələcəkdə şişmanlığın Avropa ölkələrində orta ömür səviyyəsinə təsir göstərəcəyindən narahatdırlar. David Leon bildirib ki, hələ uşaqlıqdan şişman olmuş yetkin insanlarda bunun təsirini görməyiblər: “Şişmanlığın bu insanların orta ömrünə necə təsir edəcəyini təxmin edə bilmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar