Ankara çətin seçim qarşısında
Liviyada qiyamçıların yaratdığı Milli Şuranın təmsilçisi Nasır El Mani martın 18-də Ankaraya gəlib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görşən Nasır El Mani “Əl-Cəzirə” telekanalına danışıb.
O deyib ki, Ankaraya Liviyanın şərqindəki şəhərlərə prezident Müəmmər Qəddafinin qüvvələrinin hücumları, dağıntı və tələfat barədə geniş məlumat verib. Nasır El Mani Türkiyədən hərbi yardım yerinə ərzaq və digər yardımların göstərilməsini istədiklərini bildirib.
Türkiyənin BMT Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləməsini təqdir edən Nasır El Mani Ankaranın Liviya müxalifətinə daha açıq dəstək verməsini də xahiş edib. O, xalqa hücum edən, öldürən bir hakimiyyəti ilə görüş və müzakirələrin bir mənası olmadığını da vurğulayıb.
Qeyd edək ki, Müəmmər Qəddafi hökuməti də BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra atəşkəs elan edib və atəşkəsə riayət olunmasına kömək etmək üçün Türkiyə və Maltadan dəstək istəyib.

474