Bir neçə saat ərzində Liviyaya hərbi zərbə endirilə bilər
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Fransanın BMT-dəki təmsilçisi Jerar Aro söyləyib.
ABŞ prezidenti Barak Obama isə bildirib ki, ABŞ Liviyaya öz qoşunlarını göndərməyəcək, ancaq Liviyada Müəmmər Qəddafi rejiminə qarşı beynəlxalq fəaliyyəti dəstəkləməyə hazırdır. Barak Obama deyib ki, prezident Müəmmər Qəddafi xalqının inamını itirib və ölkə boyu repressiyalara başlayıb: Əgər Müəmmər Qəddafi BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirməzsə, beynəlxalq ictimaiyyətin zərbəsi ilə üzləşəcək. , ABŞ beynəlxalq koalisiyanın bir hissəsi kimi hərəkət edə, hətta ona rəhbərlik edə bilər, lakin ABŞ quru qoşunlarını Liviyaya göndərməyə hazırlaşmır.
Barak Obama Müəmmər Qəddafinin hələ də seçim imkanının qaldığını da dilə gətirib: “Müəmmər Qəddafi qoşunlarını Benqazidən geri çağırmalı və ölkədə zorakılığı dayandırmalıdır. Eyni zamanda müxalifətin nəzarətində olan şəhərlərə su və elektrik enerjisinin verilməsi təmin olunmalıdır”.
İtaliyada da Liviya ilə bağlı hərəkətə keçib. Bu gün İtaliyanın “Qaribaldi” aviadaşıyıcısı Taranto portundan çıxaraq Siciliyaya istiqamətlənib. İtaliya hərbi rəhbərliyi hesab edir ki, Liviyada gərgin situasiya fonunda “Qaribaldi” bu ölkəyə yaxın ərazidə yerləşməlidir. Bu gün səhər İtaliyanın müdafiə naziri La Russa deyib ki, Liviyaya qarşı beynəlxalq hərbi əməliyyatların koordinasiya mərkəzi Neapol şəhəri ola bilər. İtaliya özünün hərbi bazalarını beynəlxalq hərbi əməliyyatlar üçün təqdim etməyə də hazırdır.
Müəmmər Qəddafi də beynəlxalq hərbi əməliyyatlardan can qurtarmaq üçün çıxış yolları axtarır. Liviya xarici işlər nazirinin müavini Xaled Kaim deyib ki, Malta, Türkiyə və Çindən xahiş ediblər ki, hökumət qoşunları və qiyamçılar arasında atəşkəsə nəzarət etmək üçün öz müşahidəçilərini göndərsinlər. Xaled Kaim “Əl-Cəzirə” telekanalının və Fransanın xəbər agentliklərinin Müəmmər Qəddafiyə sadiq qüvvələrin Benqaziyə hücum etməsi, qırıcı təyyarələrin şəhərə zərbə endirməsi, şəhər ətrafında qanlı döyüşlərin getməsi barədə yaydığı xəbərləri isə təkzib edib.

567