Türkiyə BMT Təhlükəsizlik Şurasının Liviya qərarını dəstəklədi
18 mart 2011 17:23 (UTC +04:00)

Türkiyə BMT Təhlükəsizlik Şurasının Liviya qərarını dəstəklədi

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetindən verilən açıqlamada Liviyada dərhal atəşkəsin təmin olunması üçün bütün lazımi addımların atılmasının vacibliyi vurğulanıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan da deyib ki, bu gün Liviyanın onların da dərdidir: “Liviyada davam edən toqquşmaların dərhal durmasını, məsum insanlara qarşı qeyri-adekvat güc tətbiqinə dərhal son verilməsini istəyirik. Liviyada tərəflərin əllərini vicdanlarına qoyub təkrar-təkrar düşünməsini istəyirik”.

Türkiyə prezidenti Abdulla Gül isə BMT Təhlükəsizlik Şurasının qərarının tamamən legitim olduğunu söyləyib.
Xarici işlər naziri Əhməd Davudoğlu isə Liviya ilə bağlı böhran masası yaratdıqlarını bildirib: “Ümid edirəm ki, bu qərardan sonra hücuma son verilər. Mülki vətəndaşların qətliamına dərhal son qoyulması yönündə atılacaq hər addımı dəstəkləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar