Dünya nüvə fəlakətinin astanasında
Lent.az-ın “trt.net.net” saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) rəhbəri vəziyyətin çox ciddi olduğunu bildirib. Yaponiyalı mühəndislər zədəli reaktorları soyutmaq üçün var gücləri ilə çalışırlar. Mütəxəssislər elektrik qəzasını aradan qaldırmaq və bu şəkildə soyutma sistemini yenidən hərəkətə keçirmək üçün səy göstərirlər.
Reaktorlardan çıxan dumanlar isə gedərək artır. İndiyə qədər reaktorların üstünə vertolyotlarla su tökən yaponlar sabahdan etibarən bu üsuldan istifadə edə bilməyəcəklərini açıqlayıblar. Yaponiya Nüvə Agentliyi prioritetin reaktoru soyutmaq olduğunu, Çernobıldakı kimi stansiyanın qumla örtülüb üzərinin betonlanmasının isə son ehtimal kimi nəzərdən keçirildiyini bəyan edib.
Az əvvəl isə Yaponiya Nüvə Obyektlərinin Təhlükəsizliyi İdarəsi qəza vəziyyətində olan Fukusima-1 AES-də təhlükə səviyyəsini 4-cü səviyyədən 5-ci səviyyəyə qaldırıb. Yaponiyada atom obyektlərində radiasiya təhlükəsi səviyyəsi 7 ballıq cədvəllə ölçülür.

516