Bəhreyndə hakimiyyət qisas almağa başladı
0
0
Bəhreyndə həftələrdir davam edən mitinqin dağıdılmasından sonra kütləvi həbslər başlayıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, xəstəxanalara hücum edən təhlükəsizlik qüvvələri indiyə qədər 7 nəfəri komendant saatını pozaraq mitinq keçirmək və iqtidarı devirməyə cəhd göstərməkdə günahlandıraraq həbs ediblər.
Manama küçələrində isə tanklar növbə çəkir. Eyni zamanda vertolyotlarla da şəhər nəzarətdə saxlanılır. Ölkənin şiə əsilli səhiyyə naziri Nizar Baharna xəstəxanalara basqınlara etiraz əlaməti olaraq istefa verib. BMT-nin insan haqları üzrə komissarı Navi Pilley isə Bəhreyndə təhlükəsizlik qüvvələrinin xəstəxana və klinikaları dərhal tərk etmələrini tələb edib. Beynəlxalq Amnistiya Təşkilatı polisin yaralı müxalifətçilərin xəstəxanalara getmələrinə mane olduğunu açıqlayıb.
Daha öncə Körfəz ölkələrinin Bəhreynə hərbi qüvvə göndərməsini qınayan iran isə Manamadakı səfirini geri çağırıb.