Fransa Liviyaya hərbi müdaxilə qərarı verdi
Fransa hökuməti bu gün bir neçə saat ərzində Liviyada hərbi əməliyyatlara başlamaq niyyətindədir. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla bu gün Fransa hökumətinin təmsilçisi Fransua Baruan çıxış edib.
Əməliyyatın xarakteri barədə məlumat verilmir. Ancaq “France-Presse” agentliyi bundan əvvəl diplomatik mənbələrə istinadən xəbər yayıb ki, söhbət vətəndaş müharibəsi bürümüş ölkəyə aviazərbələr endirilməsindən gedir.
Qeyd edək ki, bu gecə BMT Təhlükəsizlik Şurası Liviya üzərində hava məkanının bağlı elan edilməsi, atəşin dayandırılması barədə qərar qəbul edib. Liviya prezidenti Müəmmər Qəddafi isə BMT Təhlükəsizlik Şurasının qətnaməsini ölkəsi üçün təhlükə sayıb. O bildirib ki, qətnamə liviyalıları bir-birini öldürməyə çağırır.
Liviya Müdafiə Nazirliyi isə bəyan edib ki, əgər ölkəyə xarici hərbi müdaxilə olarsa, Aralıq dənizindəki gəmilər batırılacaq, o cümlədən bu məkandakı təyyarələrə hücum ediləcək.

536