ABŞ-da ərzağın qiyməti son 37 ildə rekord səviyyədə artıb
17 mart 2011 19:46 (UTC +04:00)

ABŞ-da ərzağın qiyməti son 37 ildə rekord səviyyədə artıb

Lent.az-ın “Los Angeles Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu, son 37 ildə ABŞ-da bir ay ərzində qeydə alınan ən böyük qiymət artımıdır. Keçən ay meyvə şirələri 8 faiz artıb. Ət məhsullarının qiyməti də artmaqdadır. Çin, Hindistan kimi ölkələrdə tələbatın artması da qiymət artımına təsir göstərir.

Ərzaq qiymətlərinin bahalaşmasına dolların kursunun düşməsi, ərəb dünyasındakı qarışıqlıq, neftin qiymətinin artması və məhsuldarlığın aşağı olması təsir göstərib. Analitiklər Yaponiyada baş verən zəlzələ və sunaminin, “Fukusima-1” Atom Elektrik Stansiyasındakı qəzanın iqtisadi nəticələri barədə danışmağın isə hələ tez olduğunu vurğulayırlar.

Dünya Bankı ərzaq məhsullarının qiymətinin artması səbəbindən bu gün dünyada aclıqdan əziyyət çəkən insanların sayının 44 milyon nəfərə çatdığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar