Böyük kənddə tək yaşayır - FOTO
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 60 yaşlı Don Sammons Los Ancelesin yorucu şəhər həyatından bezərək xanımı ilə birlikdə xeyli müddət əvvəl Buforda köçüb. O illərdə kəndin əhalisi 7 nəfər olub. Ancaq sonrakı illərdə kəndin digər sakinləri evlərini tərk edib və Don Sammonsun qaçdığı səs-küylü şəhərlərə üz tutublar. Don Sammonsun xanımı 15 il əvvəl ölüb, 26 yaşlı oğlu da Koloradoya köçüb. Beləliklə, o, kənddə tək qalıb.
Buford kəndini yay aylarında 1000 nəfər ziyarət edir. Qış aylarında isə kəndi ziyarət edənlərin sayı 100 nəfərə çatır. Don Sammons market və yanacaqdoldurma məntəqəsindən ibarət müəssisəsində gələn turistlərə qulluq göstərir və beləliklə də həyatını təmin edir.

496