“Fukusima-1” AES-də nüvə yanacağı əriyir
Soyutma sistemi işləmədiyi üçün Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasının birinci və ikinci enerji blokunda nüvə yanacağının qismən əriməsi prosesi başlayıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının və MAQATE-nin Yaponiyadakı ekspertlərinin vəziyyətlə bağlı dəyərləndirmələrinə əsaslanan Avropa Birliyinin energetika komissarı Marlin Xoltsner belə açıqlama verib.
Marlin Xoltsner deyib ki, dördüncü enerji blokundan yüksələn və mənbəyi bilinməyən tüstü də narahatlıq yaradır.
Marlin Xoltsner deyib ki, dördüncü enerji blokundan yüksələn və mənbəyi bilinməyən tüstü də narahatlıq yaradır.
559