İran rəhbərliyi Əhmədinejadın dəvətinə “tüpürdü”
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, II Abdullanı ölkəyə İran prezidenti Mahmud Əhmədinejad dəvət edib.
Ancaq İordaniya kralının dəvəti İran hakimiyyətində və parlament deputatları arasında narazılığa yol açıb. İran parlamentinin deputatı Həmid Rezay qalmaqallı qərarı belə izah edib: “Hazırda regionda yaranmış böhranlı situasiya fonunda İordaniya kralının Tehrana səfəri İran rəhbərliyi arasında dəstək qazanmadı. II Abdulla 8 ay əvvəl İrana dəvət olunub və o vaxt vəziyyət stabil idi. İndi vəziyyət mürəkkəbləşib və bir çox dövlət başçıları torpaqları yandırır. Biz II Abdullanın regionda mövqelərini İran xalqının şərəfi hesabına gücləndirməsini istəmirik”.
İranlı deputatlar Mahmud Əhmədinejadı yersiz dəvətə, İran Xarici İşlər Nazirliyinin məmurlarını İslam Respublikasının ənənələrinə zidd hərəkətlərə yol verdiklərinə görə sərt tənqid ediblər.

516