Qəddafinin oğlu: 48 saatdan sonra qiyamçıların işi bitəcək
16 mart 2011 17:23 (UTC +04:00)

Qəddafinin oğlu: 48 saatdan sonra qiyamçıların işi bitəcək

Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ordunun qiyamçıların mərkəzi sayılan Benqazi şəhərinə yaxınlaşdığını söyləyib. Lent.az-ın “Euronews” telekanalına istinadən verdiyi məlumata görə, Seyf əl-İslam deyib ki, 48 saatdan sonra hər şey sona çatacaq, qiyamçıların işi bitəcək.

Liviya səmasında uçuşlara qadağa qoyulması barədə mümkün qərara gəlincə, Seyf əl-İslam qeyd edib ki, bununla bağlı istənilən qərar gecikib, çünki artıq hərbi əməliyyatlar başa çatır. Bu arada Liviyada müxalifət də özünü itirib. Qiyamçıların liderlərindən biri bildirib ki, Qərb köməkdən imtina etməklə onları satdı.

Xatırladaq ki, martın 15-də qiyamçılar ciddi məğlubiyyətə uğrayıblar. Onlar yalnız neft mərkəzi sayılan Marsa əl-Breqanı deyil, 100 min əhalisi olan Adcabiya şəhərinə də nəzarəti itiriblər. Qiyamçılar son güllələrinə qədər döyüşəcəklərini bəyan etsələr də, Adcabiyanı almaq üçün Müəmmər Qəddafiyə sadiq qüvvələrə bir neçə saat yetərli olub. Bu şəhərin alınması hökumət qüvvələri üçün Benqazi və Tobruk şəhərlərinə yolu açıb. Hazırda Müəmmər Qəddafiyə sadiq qüvvələr Misrata şəhəri uğrunda döyüşlər aparır.

Diqqət çəkən digər məqam odur ki, bu şəhərlərdə xalq kütlələri hökumət qüvvələrini alqışlarla və bayraqlarla qarşılayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar