BMT-dən Liviyaya zərbə endirilməsinə icazə istənildi
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Alen Jyupen öz bloqunda yazıb.
Alen Jyupen yazıb ki, Liviyadakı Müəmmər Qəddafi rejiminə qarşı əvvəllər qəbul edilmiş iqtisadi və siyasi sanksiyalar lazımdır, ancaq bu sanksiyalar yalnız bir neçə ay sonra təsirini ortaya qoyacaq. Fransız nazirin sözlərinə görə, Liviya diktatoru müxalifətə qarşı onlarla təyyarə və vertolyotdan istifadə etməklə balansı pozub və onları dəqiq zərbələrlə neytrallaşdırmaq mümkündür.
Alen Jyupen bildirib ki, Fransa prezidenti və Böyük Britaniyanın baş naziri BMT Təhlükəsizlik Şurasından bu qətnamə layihəsinə baxmağı və onu qəbul etməyi xahiş edib.

507