Bəhreyndə yenə qan axdı
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, polis aksiyaya toplaşan insanları dağıtmaq üçün gözyaşardıcı qaz və digər vasitələrdən istifadə edib.
Şahidlərin sözlərinə görə, meydanda bir neçə dəfə partlayış səsləri də eşidilib. Ölənlərin sayı açıqlanmır.
Qeyd edək ki, dünən Bəhreyn kralı ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq edib. Martın 14-də Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hərbi birləşmələri Bəhreyn Krallığının ərazisinə daxil olub. Bu qüvvələrin əsasını Səudiyyə Ərəbistanının 1000 hərbçisi təşkil edir.

678