Dünyanı xilas etməyə çalışan 50 qəhrəman
Bu səhər yenidən yanğının baş verdiyi, iki reaktorda yanacağın əridiyi “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) çalışan 1400 işçidən 1 350-i evakuasiya edilib.
Lent.az-ın “Kyoto” agentliyinə istinadən verdiyi məlumata görə, AES-də radioaktiv sızmanın qarşısını almaq üçün 50 nəfərlik heyət çalışır. Bu insanların 1 il ərzində xərçəng xəstəliyinə tutulma ehtimalı 90 faizdir. Ölümü gözə alan bu 50 nəfər indidən Yaponiyada qəhrəman elan edilib. Bu 50 mütəxəssis könüllü olaraq ikinci Çernobıl faciəsinin təkrarlanmaması üçün yatmadan çalışır. Əgər onlar AES-in reaktorlarında soyutma işini dayandıraraq oranı tərk etsələr, bu halda ikinci Çernobıl faciəsi qaçılmaz olacaq.
Bu arada “Kyoto” agentliyi 11 martda baş verən zəlzələ və sunami fəlakətindən sonra əlaqə saxlanıla bilinməyən insanların sayının 30 minə çatdığını açıqlayıb. Ölənlərin sayının 10 min nəfərdən çox olması, hətta 30 min nəfəri də keçməsi gözlənilir.

601