Qəddafi qiyamçıların son qalasına hücuma keçdi
Liviya prezidenti Müəmmər Qəddafiyə sadiq qüvvələr qiyamçıların son dayağı olan Benqazi şəhərinə hücuma başlayıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Liviya Dövlət Televiziyası dünən 1 həftədir ki, döyüşlərin getdiyi Adcabiya şəhərinin hökumət qüvvələrinin nəzarətinə keçdiyi barədə məlumat yayıb.
Bu arada Müəmmər Qəddafi Qərbi də hədələyib. O deyib ki, Qərbin neft şirkətlərinə artıq etibar etmirlər: “Onlar bizə qarşı olaylarda iştirak etdilər. Yalnız Almaniya gələcəkdə Liviya ilə neft müqaviləsi bağlaya bilər. Biz əsasən Rusiya, Çin və Hindistanın neft şirkətləri ilə müqavilə bağlayacağıq”.

508