Bəhreyn kralı fövqəladə vəziyyət elan etdi
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Bəhreyn Dövlət Televiziyası fövqəladə vəziyyət rejiminin təcili qüvvəyə minəcəyini bildirib.
Kralın əmrində qeyd olunur ki, Bəhreyn müdafiə qüvvələrinin komandanlığına ölkənin və onun vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün vacib tədbirləri görmək səlahiyyəti verilir.
Qeyd edək ki, martın 14-də Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hərbi birləşmələri Bəhreyn Krallığının ərazisinə daxil olub. Bəhreyn hakimiyyəti də əhalini qanun və qaydanın bərpası istiqamətində bu qüvvələrlə sıx əməkdaşlıq etməyə çağırıb. Rəsmi məlumatda qeyd olunur ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hərbi birləşmələri qarşılıqlı müdafiə və milli təhlükəsizliyin bərpa edilməsi ilə bağlı razılaşmaya uyğun olaraq Bəhreyn kralının xahişi ilə ölkəyə daxil olub: “Bu hərbi qüvvələr vacib infrastrukturların mühafizəsində Bəhreyn hakimiyyətinə kömək etmək üçün gəlib”.

609