İsrail silah yüklü gəmi saxladı
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, İsrail ordusu Liberiya bayrağı altında üzən gəminin son dayanacağının Türkiyənin Mersin limanı olduğunu açıqlayıb.
İsrailin “Haaretz” qəzeti Misirin İsgəndəriyyə limanına doğru yola çıxan “Victoria” adlı gəmidəki silahların Qəzza sektorundakı HƏMAS silahlılarına çatdırılmasının planlaşdırıldığını iddia edib. “Associated Press” agentliyinin məlumatına görə, İsrail ordusu bir Almaniya firmasına aid olduğu bildirilən gəminin bir fransız şirkəti tərəfindən işlədildiyini açıqlayıb.
İsrail sahillərindən 320 kilometr uzaqlıqda saxlanılan gəmidə hər hansı müqavimət olmayıb. İsrail ordusu hazırda Aşdod limanına aparılan gəmidəki silahların Türkiyənin Mersin limanında deyil, Suriyada yükləndiyini düşündüklərini də açıqlayıb. İsrail tərəfi Türkiyənin bu olayla hər hansı əlaqəsinin olmadığını da vurğulayıb: “Yükləmə qeydlərinə və gəmi heyətinin verdiyi ifadəyə görə, gəmi ilk olaraq Suriyadan hərəkət edib, sonra Mersin limanına gəlib. Türkiyənin gəmidəki silahlarla hər hansı əlaqəsi yoxdur”.

587