Yaponiya atom fəlakəti ilə üzləşdi!
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, üçüncü partlayışdan sonra dördüncü blokun qılafı zədələnib.
“Tokio Elektrik Pauer” şirkəti bildirib ki, radiasiyanın baş verməsi mümkündür: Yanacaq xarab olub. Biz çətin vəziyyətin yaranması, bütün yanacağın əriməsi ehtimalını inkar etmirik.
Yaponiyanın baş naziri Naoto Kana isə bildirib ki, “Fukusima-1” AES-in dördüncü blokundakı yanğından sonra yüksək radiasiyanın yayılması gözlənilir: “İnsanlara məsləhət görülüb ki, “Fukusima-1” AES-dən 20 kilometr radiusda ərazini tərk etsinlər”.
Hələ ki, saat 8:31 radələrinə olan məlumata görə, AES ətrafında radiasiyanın səviyyəsi 8 217 mikrozivert/saatdır. Bu da insan sağlamlığı üçün təhlükəli deyil.
Naoto Kana deyib ki, hələ də AES-in qəzalı reaktorlarında radioaktiv materialların sızması ehtimalı böyükdür. İndiyə qədər AES ətrafından 185 min insan evakuasiya edilib.

497