Ərdoğan Qəddafini istefaya çağırdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Liviya prezidenti Müəmmər Qəddafini istefa verməyə çağırıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, “Əl Ərəbiyyə”" televiziyasına müsahibə verən Rəcəb Tayyib Ərdoğan Müəmmər Qəddafinin müsbət addımlar atmasına ümid etdiyini bildirib.
Türkiyənin baş naziri deyib ki, Liviya prezidenti xalqın dəstəyinə sahib olan bir prezident təyin etsin və qarışıqlıq bitsin. Rəcəb Tayyib Ərdoğan əsas məsələnin Liviyanın şərqi ilə qərbi arasındakı toqquşmanın sona çatdırılması olduğunu vurğulayıb. O, Müəmmər Qəddafiyə etdiyi təklifin qan tökülməsinin qarşısını ala biləcəyini düşündüyünü söyləyib.

583