Ən çox silah alan ölkələrin adları açıqlandı
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, son 4 ildə dünyada ən çox silah alan ölkə Hindistan olub.
Dünya üzrə satılmış silahların 9 faizini Hindistan alıb. Hindistana ən çox silah satan ölkə 82 faizlik göstərici ilə Rusiyadır. Ekspertlər Hindistanın çox silah almasının səbəbini Pakistanla arasında olan konfliktli situasiya və Hindistan-Çin rəqabəti ilə əlaqələndirirlər.
Son illər silah alan ölkələrin siyahısında lider mövqeyə yüksələnlər arasında Mərakeş və Səudiyyə Ərəbistanı da var. Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair və İsrail də sürətlə silahlanır.

1176