Türkiyədə rəsmən seçki prosesi başladı
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən, martın 18-də muxtarlıqlarda seçki siyahıları asılacaq, martın 31-də isə toplanacaq.
Məntəqələr üzrə seçici siyahıları dəqiqləşdikdən sonra seçiciləri məlumatlandırmaq üçün broşurlar hazırlanacaq və aprelin 24-dən etibarən paylanacaq. Aprelin 1-də ilkin seçki keçirəcək partiyalar namizədliyə namizədlərin siyahısını və bununla bağlı səsvermə bülletenlərini ilkin seçki və qəsəbə seçki komissiyalarına təqdim edəcək. Vilayət seçki komissiyaları tərəfindən ilkin seçki yolu ilə müəyyənləşmiş namizədlərin siyahıları aprelin 8-də MSK-ya göndəriləcək.
Aprelin 11-ə qədər partiyalar namizəd siyahılarını MSK-ya təqdim edəcək. Aprelin 16-dək partiyalara siyahılarındakı çatışmazlıqları tamamlamaları üçün vaxt veriləcək. Aprelin 18-də MSK müvəqqəti namizəd siyahılarını komissiyalara, televiziyalara və “Rəsmi Qəzet”ə göndərəcək. Aprelin 25-də namizəd siyahılarındakı çatışmazlıqlar partiyalar tərəfindən müəyyənləşdirilərək MSK-ya bildiriləcək. Aprelin 29-da isə yekun namizəd siyahısı açıqlanacaq. Mayın 10-da Türkiyənin gömrük keçid-məntəqələrində səsvermə başlayacaq.

1705