Somalidə qanlı döyüşlər gedir
14 mart 2011 14:59 (UTC +04:00)

Somalidə qanlı döyüşlər gedir

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, 23 nəfər həyatını itirib.

Ölənlərin əksəriyyəti “Aş-Şabab” silahlılarıdır. Somali hökuməti islamçılarla mübarizə aparmaq üçün ABŞ-dan hərbi yardım istəyib. Somalinin baş naziri Məhəmməd Abdullah Məhəmməd deyib ki, hökumət qoşunlarına daha böyük təchizat lazımdır.

Qeyd edək ki, “Aş-Şabab” qruplaşması hakimiyyət uğrunda mübarizə aparır və ölkədə şəriət qanunlarının qüvvəyə minməsini istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar