Liviya rəsmisi: “Benqazidən başqa bütün şəhərlər ordunun nəzarətindədir”
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Tripolidə mətbuat konfransı keçirən Müdafiə Nazirliyinin sözçüsü ölkədəki hadisələrin “əl-Qaidə” tərəfindən idarə olunduğunu, Liviya xalqının əksəriyyətinin prezident Müəmmər Qəddafini dəstəklədiyini iddia edib.
Milah Əl Faki Zaviyyə və Ras Lanufdan sonra Misrata və Breqanı da üsyançıların əlindən aldıqlarını, son hədəfin Benqazi olduğunu bildirib. Müdafiə Nazirliyinin sözçüsü Benqazidəki üsyançıların təslim olması üçün də müəyyən bir vaxt verəcəklərini, bu vaxt bitdikdən sonra hərəkətə keçəcəklərini söyləyib. Əl Faki Benqazidə çox qan tökülməsini istəmədiklərini, problemi dialoq yolu ilə həll etməyə çalışacaqlarını vurğulayıb.
Üsyançıların və bəzi imamların xalqı Liviya ordusuna qarşı qızışdırdığını deyən Müdafiə Nazirliyi rəsmisi xarici mətbuatın da hadisələri təhrif edərək yayımladığını dilə gətirib. Liviya ordusunun mülki vətəndaşlara qarşı deyil, yalnız üsyançılara qarşı əməliyyat keçirdiyini vurğulayan Əl Faki xalqın əcnəbilərə qarşı sonuna qədər savaşacağını qeyd edib.

515