Liviyada qanlı döyüşlər gedir
14 mart 2011 10:24 (UTC +04:00)

Liviyada qanlı döyüşlər gedir

0
Liviyada qiyamçılar prezident Müəmmər Qəddafiyə sadiq qüvvələr üzərində ilk ciddi uğur qazanıblar. Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Liviya Milli Keçid Şurasının qüvvələri Benqazini yanacaq və enerji ilə təmin edən limana daxil olublar.

Qiyamçıların dəstələri uğurlu manevr edərək Müəmmər Qəddafiyə sadiq taboru aldadıb və onu mühasirəyə alıb. 25 hərbçi əsir götürülüb. Müəmmər Qəddafiyə sadiq qüvvələr Marsa-əl-Breqa şəhərindən 20 kilometr kənarlaşdırılıb. Müəmmər Qəddafiyə sadiq qüvvələrin hücuma keçdiyi Misurata şəhərində isə vəziyyət gərgin olaraq qalır. Şəhərdə su və ərzaq məhsulları çatışmır.

Bu arada Müəmmər Qəddafi Rusiya, Çin və Hindistan şirkətlərini Liviyanın nefti-qaz sektoruna sərmayə qoymağa dəvət edib. Müəmmər Qəddafi bu təklifi həmin ölkələrin Tripolidəki səfirləri ilə görüş zamanı səsləndirib. Səfirlərlə görüşün Liviyada böhranlı vəziyyətin davam etdiyi dövrdə baş tutması diqqət çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 837

Oxşar yazılar