Sunami dalğaları Havay adalarına çatdı
0
0
Yaponiyada baş verən 8,9 bal gücündə zəlzələdən sonra Sakit okeanda yaranan nəhəng sunami dalğaları artıq Havay adalarını da vurub. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, sunami dalğaları zəlzələ baş verəndən 7 saat sonra Havay adalarına çatıb.
İnsanlar Havay adalarında yüksək yerlərə qaçmağa çalışırlar. ABŞ-ın Kaliforniya ştatını da ən azı 2 metr hündürlükdə sunami dalğalarının vuracağı gözlənilir. Ştatın sahil zonalarından əhali evakuasiya edilir.
ABŞ-ın Sunami Xəbərdarlıq Mərkəzi ABŞ və Kanadanın qərb sahilləri olmaqla, Meksika sərhədlərindən Alyaska ştatının Chignik Bay qəsəbəsinə qədər olan bölgə üçün sunami xəbərdarlığı edib.