Səudiyyə Ərəbistanında vəziyyət gərginləşir
11 mart 2011 17:58 (UTC +04:00)

Səudiyyə Ərəbistanında vəziyyət gərginləşir

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyəti istənilən anti-hökumət aksiyasına dözümsüz yanaşacağını bildirsə də, rejim əleyhdarları xəbərdarlığı nəzərə almayıblar.


Paytaxt Ər-Riyadda isə polis kütləvi aksiyaların keçirilməsinin qarşısını almağa çalışır. Təhlükəsizlik qüvvələri yolları bağlayıb, şəhərin mərkəzindəki məscidlərin yaxınlığında postlar qurub.


Xatırladaq ki, martın 10-da polis Əl-Katif şəhərində aksiyaçılara atəş açıb, 3 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar