“Kompüter Nobeli”nin sahibi bəlli oldu
Nobel mükafatının informatika sahəsində ekvivalenti hesab olunan və Hesablama Texnikası Assosiasiyası (Association for Computing Machinery, ACM) tərəfindən təqdim olunan “Türinq” mükafatının 2010-cu il qalibi Harvard Universitetinin professoru Lesli Valiant olub. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lesli Valiant kompüter texnologiyaları sahəsinin ən nüfuzlu mükafatlarından olan “Türniq”ə öyrədilən kompüterlərin yaradılmasına görə layiq görülüb. ACM nümayəndələri onun süni intellektin yaradılması, eləcə də şifahi və yazılı nitqin tanınması texnologiyasının işlənib hazırlanmasında töhfələrini xüsusi vurğulayıblar.
2011-ci ilin mart ayında “Jeopardy” televiktorinasının iki oyunçusuna qalib gəlmiş “IBM Watson” superkompüterin hazırlanması zamanı məhz Lesli Valiantın işləri əsas kimi götürülüb. “Türinq” laureatı 250 min dollar məbləğində pul mükafatı alıb.
Kompüter texnologiyaları sahəsinin ən nüfuzlu mükafatı olan “Türinq”-in qeyri-rəsmi adı “kompüter Nobelidir”. Türinq adı isə “Türinq maşınının” yaradıcısı ingilis riyaziyyatçısı və kriptoqrafı Alan Türinqin şərəfinə qoyulub.

740