Qəddafinin oğlu yenə hədələdi
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafinin oğlu “Reuters” agentliyinə verdiyi açıqlamada müxalifətə müzakirə üçün verdikləri iki həftənin tamamlandığını xatırladıb və qurtuluş üçün hərəkətə keçmək zamanının gəldiyini söyləyib.
Liviya üçün vuruşmaqdan əl çəkməyəcəklərini vurğulayan Seyf Əl İslam Qəddafi Benqazi istisna olmaqla ölkənin hər yerinə nəzarət etdiklərini bildirib. O, İngiltərə və Fransanın Benqazidəki üsyançılarla təmaslarının Liviyanın təbii sərvətlərini ələ keçirmə niyyətindən irəli gəldiyini iddia edib.
Seyf Əl İslam Liviya xalqının NATO və ABŞ-ı xoş qarşılamadığını, Səudiyyə Ərəbistanı ilə “Əl Cəzirə” və “Əl Ərəbiyyə”" televiziyalarının Liviyaya qarşı mövqeyinin də qəbuledilməz olduğunu vurğulayıb.

494