Yəmən və Bəhreyndə hökumətlər geri çəkilir
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Yəməndə aksiyaların hədəfi olan prezident Əli Abdulla Saleh yeni konstitusiya üçün bu il referendum keçiriləcəyini və yeni seçki qanunu əsasında parlament üsul-idarəsinə keçiləcəyini vəd edib. Televiziya ilə xalqa müraciət edən prezident yeni seçki qanununun hazırlanması məqsədilə milli birlik hökumətinin qurulmasını təklif edib. Müxalifət isə bu açıqlamanı gecikmiş addım kimi dəyərləndirib.
Bəhreyndə gərginliyə son qoymaq üçün sünni və şiə siyasətçilər bir araya gəlib. Görüşdə güc tətbiqindən yayınmaq və hər hansı aksiyaya dərhal müdaxilə etmək üçün birbaşa təmasa keçmək haqda razılıq əldə edilib.

535