Yaponiyanı 10 metrlik sunami vurdu - FOTO
11 mart 2011 11:58 (UTC +04:00)

Yaponiyanı 10 metrlik sunami vurdu - FOTO

Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Lent.az-ın “Kyodo News” nəşrinə istinadən verdiyi məlumata görə, Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb.

Tokio və ətrafındakı yaşayış məntəqələrində ən azı 4 milyon ailənin elektrik enerjisi ilə təminatı dayanıb. Tokioda və Miyaqi əyalətində çoxlu sayda zərərçəkənlər var, onların dəqiq sayı açıqlanmır. Tokioda metro və yüksək sürətli elektrik qatarlarının hərəkəti dayandırılıb. Miyaqi və Fukusima əyalətlərində 4 atom elektrik stansiyasının fəaliyyəti avtomatik dayandırılıb. Takaxaqi şəhərində ən azı bir nəfərin öldüyü, 8 nəfərin itkin düşdüyü bildirilir. Yaponiya hökuməti xarici yardımları qəbul etməyə hazır olduğunu bəyan edib. Bu arada Tibu əyalətində neft emalı zavodunun yandığı barədə də məlumat yayılıb. Yanğının hündürlüyü 30 metrə çatır.

Qeyd edək ki, bu gün Yaponiyada 8,9 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı Miyaqi əyaləti sahillərindən 130 kilometr uzaqlıqda yerləşib. Yaponiya Geologiya Xidməti bundan əvvəl zəlzələnin gücünün 7,9 bal olduğu, 4-6 metr hündürlükdə sunami dalğalarının gözləndiyini bildirmişdi. Bölgədə hələ də ardıcıl təkanlar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar