Avropa Liviya qərarını verəcək
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, əsas müzakirə mövzusu Liviyadakı situasiyadır. Avropa Birliyinin növbədənkənar sessiyasında Müəmmər Qəddafi rejiminə qarşı yeni sanksiyalar paketinin qəbul olunacağı gözlənilir. Söhbət ilk öncə Müəmmər Qəddafi və ailə üzvlərinin hesablarının dondurulmasından, Liviya Mərkəzi Bankı ilə hesablaşmaların dayandırılmasından gedir. Avropa Birliyinin dövlət və hökumət başçıları Liviya müxalifəti ilə bağlı da vahid mövqe formalaşdırmağa çalışacaqlar.
Paralel olaraq, Brüsseldə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçiriləcək. Liviya səmasında uçuşların qadağan edilməsi və bununla da Müəmmər Qəddafinin qiyamçılara qarşı hərbi aviasiyadan istifadə etməsinin qarşısının alınması əsas müzakirə mövzusudur.
Bu arada Fransa prezidenti Nikola Sarkozinin Liviya prezidenti Müəmmər Qəddafinin nəzarətində olan ərazilərə hərbi zərbə endirilməsi təklifi ilə çıxış etməyə hazırlaşdığı barədə məlumat yayılıb. O, bu təklifini Avropa Birliyinin növbədənkənar sessiyasında səsləndirəcək. Nikola Sarkozi Sirt və Sebha şəhərlərindəki hərbi aerodromların bombalanmasını zəruri sayır.

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28